Sunday Times: "İngiltərə üçün ən böyük təhdidi Rusiya yaradır"

Sunday Times: "İngiltərə üçün ən böyük təhdidi Rusiya yaradır"
15 Mart 2021
Mətni dəyiş

İngiltərə mətbuatının yaydığı məlumata görə, Baş nazir Boris Consonun qarşıdakı günlərdə ictimaiyyətə təqdim edəcəyi hesabatda Rusiya İngiltərə üçün "ən böyük təhdid" kimi göstərilib.

"Sunday Times" nəşrinin yaydığı məlumata görə, Baş nazir Rusiyanı təhdid kimi alqılayan təhlükəsizlik, müdafiə və xarici siyasət hesabatını çərşənbə axşamı təqdim edəcək.

Bunun Rusiyanın İngiltərənin dəniz və hava məkanına "tez-tez təcavüzkar müdaxiləsi" və Moskvanın "İngiltərə torpaqlarında sui-qəsd hazırlığı" ilə əlaqəli olduğu bildirilib.

Nəşrin xəbərində Çinin yalnız "rəqib" olaraq xarakterizə olunduğu hesabatda İngiltərənin kiber sahədə Rusiya və Çinə hücum potensialını yüksəltmək üçün xərcləri artırma planlarını təqdim etdiyi də qeyd edilib.

Məsələni şərh edən bir mənbə isə bildirib ki, ingilislər üçün əsas təhlükə Rusiyadan qaynaqlanır: "İngiltərə isə sadecə qitisadi sahələrdə problem yarada bilər", - deyə o, vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun