Son 10 ildə Suriyada 12 min uşaq öldürülüb, 3,5 milyon uşaq təhsildən uzaq düşüb

Son 10 ildə Suriyada 12 min uşaq öldürülüb, 3,5 milyon uşaq təhsildən uzaq düşüb
11 Mart 2021
Mətni dəyiş
Suriyada vətəndaş müharibəsinin başlandığı 2011-ci ilin mart ayından indiyə kimi 12 min uşaq ya ölüb, ya da yaralanıb. Bu haqda BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) hesabat yayıb. UNICEF hesabatına görə 10 il boyu Suriyada minlərlə uşaq məktəbə gedə bilməyib. Ümumilikdə isə müharibənin başlanması ilə ölkədə 500 minə yaxın insan ölüb, ölkənin 20 milyonluq əhalisinin isə 5 milyonu ölkədən qaçqın düşüb. BMT-nin Uşaqlara Yardım Fondunun hesabatına görə Suriyada yaşı 7-dən az olan 5700-dən çox uşaq müharibə zonasında yaşamağa məcbur olub. Ölkə boyu isə 1300-dən çox məktəb və xəstəxanaya hücum olub, onlar ya dağılıb ya da tərk edilib. Ümumilikdə 3,5 milyon suriyalı uşaq yaxın 10 il boyu təhsildən kənarda qalıb. Suriyalı uşaqların yüzdə 90-ı yardıma möhtac hala düşüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun