Serqey Lavrov: "Avropa Birliyi ilə bir təşkilat kimi bütün münasibətlərimiz pozulub"

Serqey Lavrov: "Avropa Birliyi ilə bir təşkilat kimi bütün münasibətlərimiz pozulub"
24 Mart 2021
Mətni dəyiş
"Avropa Birliyi faktiki olaraq Rusiya ilə münasibətləri pozub və Moskvanın ancaq bir neçə Avropa ölkəsi ilə əməkdaşlıq əlaqələri qalıb". Bunu Rusiya Xarici İşlər naziri Serqey Lavrov Pekində səfərdə olarkən keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, Avropa Birliyi ilə bir təşkilat kimi heç bir münasibət yoxdur, bu qurumla arada münasibətlərin təməli Brüssel tərəfindən birtərəfli qərarla dağıdılıb. Əlbəttə, əgər avropalılar ən böyük qonşuları ilə məqsədli şəkildə münasibətləri bərpa etmək istəsələr biz bərabərhüquqluluq, maraqların balansı fonunda münasibətləri inkişf etdirməyə hazırır. Avropa Birliyinin Rusiya və Çinə sanksiyalar tətbiq etməsini şərh edən Serqey Lavrov bildirib ki, Rusiya və Çinə sanksiya qoymaq sadəcə ağılsızlıqdır. Onun sözlərinə görə şübhəsiz ki, bu Rusiya və Çinlə münasibətin daha tez pozulmasına aparıb çıxaracaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun