Sərhədsiz Reportyorlar: "Qadın jurnlalistlərə qarşı cinsi-ayrıseçkilik genişlənir"

Sərhədsiz Reportyorlar: "Qadın jurnlalistlərə qarşı cinsi-ayrıseçkilik genişlənir"
9 Mart 2021
Mətni dəyiş

Seks üçün təşviq etmək, futbol azarkeşlərinin istənilmədən öpmələri və ümumilikdə cinsi təhdidin törəmələri: 'Sərhədsiz Reportyorlar' beynəlxalq jurnalistlərin müdafiəsi təşkilatı qadın jurnalistlərin məruz qaldığı seksual xarakterli davranışların geniş yayılması barədə xəbərdarlıq edib. 

'Sərhədsiz Reportyorlar' təşkilatı jurnalistikada cinsi-ayrıseçkiliyin hansı səviyyədə olmasına dair 112 ölkədə apardığı sorğunun nəticələrini açıqlayıb.

Qadın jurnalistlərin peşələrini icra edərkən müxtəlif seksual xarakterli davranışlara məruz qaldıqlarını bildirən hesabatda, qadın jurnalistlərə qarşı bu davranışların əsasən internetdə, jurnalistika ilə məşğul olduqları yerlərdə və ya redaksiya daxilində baş verdiyi vurğulanıb.

Qadın jurnalistlərin ikiqat təhdid altında

Hesabata görə, qadın jurnalistlər ayrı-seçkilik, təhqir, istənməyən fiziki təmas, hörmətsizlik, aqressiv davranış, təcavüz təhdidi və ya təcavüz kimi hallarla qarşılaşırlar.

Qadın jurnalistlərin ikiqat təhdid altında olduqlarını bildirən sənəddə, qadınların bir tərəfdən jurnalist fəaliyyətlərinə görə təhdid altında olduqları, digər tərəfdən də bu formada təhdid altında olduqları qeyd olunur.

RSF sorğusunun nəticələrinə görə, qadın jurnalistlərin 73%-i daha çox internet üzərindən təhdid edildiklərini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun