Sərhədsiz Reportyorlar feysbuku məhkəməyə verib

Sərhədsiz Reportyorlar feysbuku məhkəməyə verib
24 Mart 2021
Mətni dəyiş

Parisdə yerləşən Sərhədsiz Reportyorlar təşkilatı feysbuku məhkəməyə verib. Fransadakı məhkəmə prosesinin nəticəsi bütün dünyaya nümunə ola bilər.

Təşkilat feysbukun istifadə və reklam baxımından internetdə təhlükəsiz bir mühit yaradacağını vəd etdiyini, ancaq nifrət nitqinin və dezinformasiyanın yayılmasına imkan verən bir platformaya çevrildiyini iddia edir.

Sərhədsiz Reportyorlar deyir ki, əgər Fransada bu işlə bağlı yaxşı nəticə olarsa, bunun qlobal təsirləri olacaq.

Feysbukun Fransadakı sözçüsü məsələ ilə bağlı açıqlama verməyib.

Fransa qanunları reklamı səhv yönəltdiyinə görə şirkətin illik dövriyyəsinin 10%-nə qədər cərimə nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun