Rusiya höküməti ölkədə Twitter-in sürətini yavaşladıb

Rusiya höküməti ölkədə Twitter-in sürətini yavaşladıb
11 Mart 2021
Mətni dəyiş
Rusiya ABŞ-a aid olan sosial media platformu Twitter-in bu ölkədə işləmə sürətini aşağı salıb. Moskvada fəaliyyət göstərən mətbuata nəzarət qurumu "Roskomnadzor" dünən vediyi bəyanatda Twitter-ə ölkədə qadağan olan bəzi məzmunları silmək tələbi edilsə də Twitter-in bu tələbləri qulaqardına vurması nəticəsində saytın ölkədə sürətini aşağı salmağa qərar verdiklərini bildirib. Bəyanatda Twitter-in 2017-ci ildən bəri tələblər edilsə belə saytda uşaq pornoqrafiyası materialları və ya həddi-buluğa çatmayanları intihara təşviq edən məlumatlardan ibarət 3100 materialı silmədiyi deyilir. "Roskomnadzor"un xəbərdarlığına görə əgər Twitter ondan edilən tələbləri yerinə yetirməsə ona qarşı sanksiyaları daha da genişləndirəcəklər və hətta Twitterə girişi tamamilə blok da etmək mümkündür. Rusiyada bir müddət öncə qüvvəyə minən qanuna görə sosial şəbəkələrin operatorları ölkə qanunvericiliyi ilə qadağan olunmuş materialları tapıb silməlidir. Silinməsi tələb olunan materiallar arasında uşaq pornoqrafiyası, intihara səbəb olacaq materiallar və icazəsiz mitinqlərə çağırışlar da yer alır. Sosial mediada tez-tez müxalif siyasətçi Aleksey Navalninin həbsdə saxlanmasına etiraz olaraq mitinqlərə çağırışlar rus hökümətini narahat edir. İnsan haqqları aktivistləri isə rus qanunvericiliyinə yeni edilən dəyişikliklərin sosial şəbəkələrdə ifadə azadlığını qısıtlama məqsədi daşıdığını iddia edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun