Rusiya Dövlət Duması Putinin 2036-cı ilə qədər prezident ola bilməsi üçün yeni qanun layihəsi qəbul edib

Rusiya Dövlət Duması Putinin 2036-cı ilə qədər prezident ola bilməsi üçün yeni qanun layihəsi qəbul edib
24 Mart 2021
Mətni dəyiş
Rusiya Dövlət Duması Vladimir Putinə daha iki prezidentlik müddətinə seçilmək hüququ verən qanun layihəsini üçüncü oxunuşdan qəbul edib. Bu qanun layihəsi Putinin keçən ilin iyununda konstitusiyaya düzəlişlərinin həyata keçirilməsi ilə bağlı imzaladığı sənədin qüvvəyə minməsi üçün lazım idi. Sənəddə bir nəfərin prezident kimi iki dəfədən çox seçilməsi qəti qadağan edilsə də eyni zamanda qanuna əlavə edilən bir dəyişikliyə görə sənəd qəbul edilməsinə qədər mandat əldə etmiş prezidentə sənədin dəxli yoxdur. Yeni qəbul edilən qanun layihəsi Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalmasına imkan verir. Qanunvericilikdə islahatlardan sonra prezident olmaq istəyən şəxs 35 yaşdan kiçik olmamalı, xarici vətəndaşlılığı və xaricdə oturum izni olmamalı və son 25 ildə Rusiya Federasiyasında yaşamış olmalıdır. Bundan əlavə yeni qaydalara görə Rusiyada deputat seçilmək üçün isə 21 yaş kifayət edir. Deputat olmaq istəyən şəxsin xarici banklardan hesabı da olmamalıdır. Kreml bu dəyişiklikləri Rusiya suverenliyini möhkəmlətmək üçün gərəkli hesab edir, Rusiyanın Konstitusiya məhkəməsi isə eyni adamın dəfələrlə prezident seçilməsi ilə bağlı Konstitusiyaya düzəlişində isə heç bir qanun pozuntusu aşkarlamayıb.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun