Rus dili qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi dili olur

Rus dili qondarma Dağlıq Qarabağ Respublikasının rəsmi dili olur
26 Mart 2021
Mətni dəyiş
Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Yığıncağı bu gün "Dil haqqında" qanuna dəyişikliklər layihəsini müzakirə edib. Layihəyə görə rus dili Qondarma respublikanın rəsmi dili statusu alacaq. Layihənin lehinə 27, əleyhinə isə 2 deputat səs verib. Bitərəf heç kim olmayıb. Qanuna əlavənin müəllfi Milli Yığıncağın deputatları Qaqik Baqunç, Metakse Akopyan və Aram Arutyunyan olublar. Qanun layihəsinin həmmüəllifi Qaqik Baqunç "Armtimes" qəzetinə müsahibəsində deyib ki, rus dili sadəcə rəsmi dil statusu alır, amma dövlət dili olmur. Rus dilinin Dağlıq Qarabağdakı sülhməramlı qüvvələrin dili olduğunu nəzərə alaraq və burda rus hərbi-mühəndis qüvvələrinin də işləməsini nəzərə alaraq onların mədəniyyətlərinin, şəhər tikintisi işində bizə yardımlarına görə bu addımı atmağı qərara aldıq.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun