Ronaldo özünü futbol tarixinin ən çox qol vurmuş bombardiri elan edib

Ronaldo özünü futbol tarixinin ən çox qol vurmuş bombardiri elan edib
15 Mart 2021
Mətni dəyiş
"Yuventus" klubunun formardı Kristiano Ronaldo öz Instagram səhifəsində özünü futbol tarixinin ən yaxşı bombardiri adlandırıb və üçqat dünya çempionu Peleyə müraciət edib. Son dəfə "Kalyari" kulubu ilə oyunda vurduğu qolla Ronalda ümumən professional kariyerasında 770-ci qolunu vurub. Portuqalyalı futbolçu qeyd edib ki, artıq özünü rekordmen hesab edir. O, rəsmi statistikaya görə 757 qol vurmuş Peleyə müraciət edərək onun rekordunu təzələdiyini bildirib. Bundan əvvəl Ronaldo Çexoslavakiyalı forvard Yozef Biçanın rekordunu təzələmişdi. Yozef Biçan da Pele kimi öz kariyerası boyu təqribən 759 qol vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun