Robert Koçaryanın məhkəməsində keçmiş müdafiə nazirinin halı pisləşib, məhkəmə təxirə salınıb

Robert Koçaryanın məhkəməsində keçmiş müdafiə nazirinin halı pisləşib, məhkəmə təxirə salınıb
9 Mart 2021
Mətni dəyiş
Ermənistanın ikinci prezidenti Robert Koçaryan və digərlərinin məhkəməsində keçmiş müdafiə naziri və Birinci Qarabağ müharibəsi veteranı Seyran Ohanyanın vəziyyəti pisləşib. Ohanyana görə məhkəmə işini təxirə salıb. Ohanyanın vəkili Karen Mejlumyan mətbuata deyib ki, keçmiş müdafiə naziri martın 7-dən bəri xəstəxanadadır. Vəkil deyib ki, Ohanyanın nə zaman özünü yaxşı hiss edəcəyi hələlik məlum deyil, ona görə də növbəti məhkəmənin vaxtı bilinmir. Bundan öncəki məhkəmələrdə Ohanyandan başqa keçmiş vitse prezidetn Armen Gevorkyanın da halı pisləşib. Köçaryan və digərlərinin növbəti məhkəməsi martın 16-na keçirilməliydi ancaq hələlik məhkəmənin işi təxirə salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun