Paşinyan növbədənkənar parlament seçkiləri keçirilməsinə qərar verib

Paşinyan növbədənkənar parlament seçkiləri keçirilməsinə qərar verib
18 Mart 2021
Mətni dəyiş
Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla müxalif "Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının rəhbəri Qaqik Çarukyan arasında görüş keçirilib. Bu haqda Nikol Paşinyan "Facebook"dakı hesabında məlumat yayıb. O yaydığı bəyanatda qeyd edib ki, ölkədə yaranmış mürəkkəb vəziyyətdən çıxmağın yeganə yolu növbədənkənar parlament seçkiləridir. O bu qərarını həmçinin Ermənistan prezidenti, parlamentdəki iqtidar blosuku "Mənim addımın" və "İşıqlı Ermənistan" partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyanla da müzakirə etdiyini qeyd edib. Paşinyan bu il iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun