Ombudsman bir neçə qanunla bağlı Milli Məclisə təkliflər verib

Ombudsman bir neçə qanunla bağlı Milli Məclisə təkliflər verib
9 Mart 2021
Mətni dəyiş

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva (Ombudsman) Milli Məclis qarşısında 2020-ci il üzrə məruzəsində bir sıra təkliflər irəli sürüb.

Ombudsmanın təkliflərindən biri ünvanlı sosial yardımla bağlı olub. Təklifdə deyilir ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətin, beşdən çox uşağı olan qadınlara müavinətin və borcun (o cümlədən kreditin) ailə üzvünün aldığı cari transferlərin siyahısından çıxarılması və bu məqsədlə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na dəyişikliklər edilsin.

İnsan Haqları Müvəkkilinin digər bir təklifi "Televiziya və radio yayımı haqqında" qanunla bağlı olub. Təklifdə bildirilib ki, müvafiq qanununun 32-ci maddəsinin (Proqrama verilən tələblər) tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətin müəyyən olunması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə müvafiq əlavələrin edilsin.

Ombudsman dövlət təzminat sisteminin yaradılmasını təklifi ilə də çıxış edib. O, ödəmə qabiliyyətini itirmiş qeyri-dövlət müəssisələri tərəfindən işçilərə əmək haqları üzrə və istehsalatda alınmış xəsarətlərə görə borcların ödənilməsi məqsədi ilə dövlət təzminat sisteminin yaradılması və bununla bağlı zəruri mexanizmlərin hazırlanmasını təklif edib.

Həmçinin, Səbinə Əliyeva Azərbaycanda pasport üçün çəkilən fotolarda baş örtüyündən istifadəyə icazə verilməsi təklif edib.

Məruzənin Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacağı gözlıənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun