Ölkədə koronavirusun olduğunu inkar edən Tanzaniya prezidenti koronavirusdan ölüb

Ölkədə koronavirusun olduğunu inkar edən Tanzaniya prezidenti koronavirusdan ölüb
18 Mart 2021
Mətni dəyiş
Tanzaniyanın prezidenti Con Maqufuli 61 yaşında vəfat edib. O son iki həftədə ictimaiyyət qarşısına çıxmayıb. Bu onun koronavirusa yoluxduğu şübhəsini oyadıb. Bir neçə gün öncə yerli media Maqufulinin ciddi xəstə olduğunu və Keniyadakı bir xəstəxanda nəfəs cihazına qoşulduğunu yazırdı. Rəsmilər onun koronavirusdan deyil, ürək çatışmazlığından öldüyünü deyirlər. Tanzaniya müxalifəti isə prezidentin COVİD-19 virusundan öldüyünü iddia edir. Tanzaniya prezidenti özü isə ölkədə koronavirusun olmadığını bildirmiş, koronavirusa qarşı peyvəndlərin isə orqanizmə zərərli olduğunu deyərək almaqdan imtina etmişdi. Prezident koronavirusdan qorunmaq üçün xalqa otlardan hazırlanmış məhlullar içməyi və dualar etməyi məsləhət görmüşdü. Ümumdünya Səhiyyə Təşkilatı isə ölkədə 509 koronavirus xəstəsi olduğunu bildirir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun