Niderlandın Daxili İşlər naziri məxfi məlumatların yanlışlıqla yayılmasına səbəb olub

Niderlandın Daxili İşlər naziri məxfi məlumatların yanlışlıqla yayılmasına səbəb olub
26 Mart 2021
Mətni dəyiş

Niderlandda 15-17 mart tarixlərində keçirilən seçkilərdən sonra höluməti qurmaq tapşırılan keçid hökumətinin Daxili İşlər naziri Kajsa Ollongren görüşlərdə danışılan mövzuların yanlışlıqla yayılmasına səbəb olub. 

Yerli medianın verdiyi məlumata görə, koronavirus testi pozitiv çıxan nazir Nümayəndələr Palatasının binasından çıxıb maşınına tərəf gedərkən sənədlər əlində olub və bu zaman kənardan fotomüxbirlər tərəfindən şəkilləri çəkilib. Şəkillərin birində sənədlərdəki qeydlər də aydın görsənib.

Nazir özü də sosial şəbəkələrdəki hesabında məsələyə reaksiya verib və qeydlərin jurnalistlər tərəfindən çəkilməsinin qəribə olduğunu bildirib: "Bunlar mənimlə müzakirə olunmayan və onu əlaqəlindirməyən mövzulardır", - deyə o, qeyd edib.

Məlumata görə nazir və senatın bir üzvü məlumatların yayılmasına görə istefa verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun