Nazirlik 7 mindən çox saxta əlillik təyinatını aşkarlayaraq ləğv edib

Nazirlik 7 mindən çox saxta əlillik təyinatını aşkarlayaraq ləğv edib
23 Mart 2021
Mətni dəyiş
Artıq bir müddətdir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən onlara ciddi xəstəlikləri olduğu halda əlillik dərəcəsinin düzgün tətin olunmamasını, bir çox hallarda isə ümumiyyətlə təyin edilməməsi barədə şikayətlər edilir. Həmin iradlar İkinci Qarabağ müharibəsi zamanı müxtəlif xəsarətləri alan qazilərlə yanaşı digər vətəndaşlar tərəfindən də bildirilir. Bəzi hüquq müdafiəçiləri deyir ki, artıq belə halların sayı getdikcə artır. Həqiqətənmi Azərbaycanda əlilliyi olan şəxslər dərəcə verilməkdən məhrum olunur? Bunun səbəbləri nədir? Nazirlər Kabinetinin ötən ilə dair hesabatında bildirilir ki, 2020-ci ildə dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 13,2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da 2019-cu illə müqayisədə 53,0% azdır. Qeyd olunub ki, onlardan, I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 1,7 min nəfər, II dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 5,2 min nəfər, III dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı isə 2,7 min nəfər olub. Bu isə 2019-cu illə müqayisədə, müvafiq olaraq, I dərəcə üzrə 46,0%, II dərəcə üzrə 51,0%, III dərəcə üzrə isə 49,0% azdır. Onlardan 3,6 min nəfər ilkin sağlamlıq imkanları məhdud uşaqlar olub ki, bu da əvvəlki illə müqayisədə 60,0% azdır. Nazirlikdən əlavə olunub ki, bir çox beynəlxalq təşkilatlar elektron sistem vasitəsilə əlilliyin təyin olunmasını müsbət dəyərləndirir. «Elektron sistemin üstünlüyü ondadır ki, müraciət edən şəxslə qərarı qəbul edənlərlə canlı ünsiyyəti yoxdur və bu müəyyən neqativ halların qarşısını alır. Problem sistemdə deyil, sistemin iştirakçılarındadır. Hər hansı bir səhiyyə işçisi məlumatı bilərəkdən və ya bilməyərəkdən düzgün doldurmursa, burada günahkar sistem deyil, həmin şəxslərdir. Hazırda bu məlumatlar manual şəkildə doldurulur və bunları dolduran şəxs nə istəsə ora yaza bilər». Nazirlikdən qeyd olunub ki, həmin şəxslərə qarşı mübarizə metodları üzərində iş gedir. «ƏƏSMN sistemin digər iştirakçısı – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə işləyirlər və yaxın vaxtlarda metodlar təkmilləşdiriləcək ki, tam obyektiv informasiya mübadiləsi təmin edilsin və obyektiv qərarlar qəbul edilsin. Hazırda iş gedir ki, göndərişin doldurulması tam avtomatlaşdırılsın və bununla da subyektivlik aradan qalxsın. Sistem təkmilləşdiriləcək ki, haqqı olan insanlar heç bir problemsiz əlillik dərəcəsini alsın, haqqı çatmayanlar isə bunu heç bir halda əldə edə bilməsin». Qurumdan vurğulanıb ki, hazırda əlilliyin təyin olunması ilə bağlı müraciətlər həddindən artıq çoxdur və çoxusunda şişirdilmiş məlumatlar və həqiqətə uyğun diaqnozlara rast gəlinir. «Məsələn, qan analizin nəticələri diaqnozu ilə üst-üstə düşmür və s. Yəni qeyd olunmuş məlumatlar paradoksan ziddiyyət təşkil edir. Hazırda yoxlamalar aparılır və illik maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib».

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun