Naxçıvanda iki keçmiş nazir həbs olunub

Naxçıvanda iki keçmiş nazir həbs olunub
9 Mart 2021
Mətni dəyiş
Naxçıvan Muxtar Respublikasının (NMR) keçmiş təhsil naziri Məmməd Qəribov həbs edilib. Baş Prokurorluğun mətbuat xidməti məlumatı təsdiq edib. Cinayət işinin təfsilatı barədə məlumat verilmir. Qəribov 2016-2018-ci illərdə təhsil naziri vəzifəsində çalışıb. Həbsin prokurorluq tərəfindən həyata keçirildiyini nəzərə alsaq, söhbət ağır cinayətdən gedə bilər. Elə bu gün prokurorluq Naxçıvanın keçmiş DİN başçısı Əhməd Əhmədovun da həbsi haqqında məlumat yayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun