Navalninin azad olunması üçün keçiriləcək mitinq üçün 286 min nəfər qeydiyyatdan keçib

Navalninin azad olunması üçün keçiriləcək mitinq üçün 286 min nəfər qeydiyyatdan keçib
26 Mart 2021
Mətni dəyiş

Rusiyada müxalifət lideri Aleksey Navalninin həbsdən azad olunması üçün kütləvi mitinqlər keçirmək təşəbbüsü ilə free.navalny.com saytı fəaliyyətə başlayıb. Saytda indiyə kimi 286 min insan qeydiyyatdan keçib.

Navalni tərəfdarları saytı martın 23-də açıblar və "hamının xəbəri olacaq, tamamilə yeni bir böyük mitinq keçirmək" hədəflədiklərini yazıblar. Sayt açılandan sonrakı ilk 7 saatda 100 min nəfər saytda qeydiyyata düşüb.

Aleksey Navalniyə ilk dəstək mitinqləri Rusiya boyu yanvar və fevral aylarında baş tutmuşdu. Navalni həbs olunacağını bilə-bilə fevral ayında Almaniyadan Rusiyaya qayıdıb və təcili məhkəmə keçirilərək həbs olunub. Müxalif lider 68 gündür həbsxanadadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun