NATO-nun döyüş gəmiləri Gürcüstana gəlib

NATO-nun döyüş gəmiləri Gürcüstana gəlib
16 Mart 2021
Mətni dəyiş

Gürcüstan hökuməti NATO-ya aid 4 döyüş gəmisinin Gürcüstan sularına daxil olduğunu və birlikdə təlimlərin planlandığını açıqlayıb.

Gürcüstanın Sərhəd Xidmətindən verilən açıqlamaya görə, NATO-nun Daimi Dəniz Tapşırığı Qrupu-2-yə (SNMG-2) daxil olan Cristobal Colon (İspaniya) fireqatı, Regina Maria (Ruminiya) firqeti, Kemalreis (Türkiyə) fireqatı ve Smeli (Bolqarıstan) fireqatı Gürcüstan sərhədlərinə daxil olub.

Açıqlamada Gürcüstan Sahil Mühafizə Xidmətinə məxsus qayıqların iştirakı ilə ortaq təlim planlaşdırıldığı və təlimin məqsədinin NATO üzvü olan ölkələrlə tərəfdaşların dəniz qüvvələri arasında qarşılıqlı əlaqəni artırmaq olduğu qeyd olunub.

Digər tərəfdən isə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən gəmi heyətləri arasında birbaşa təmas olmayacağı və təlimin yalnız gəmi manevrlərindən ibarət olacağı bildirilib.

NATO gəmiləri martın 18-də Gürcüstanı tərk edəcəklər. SNMG-2 gəmiləri ötən ilin aprel ayında da Gürcüstana gətirilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun