Myanmada hərbi xuntaya qarşı etirazlarda son sutkada 38 nəfər həlak olub

Myanmada hərbi xuntaya qarşı etirazlarda son sutkada 38 nəfər həlak olub
15 Mart 2021
Mətni dəyiş
Bazar günü Myanmanın müxtəlif şəhərlərində keçirilən hökümət əleyhinə mitinqlərin dağıdılması zamanı ən azı 38 nəfər dünyasını dəyişib. Bu haqda ölkənin "Siyasi məhbuslar üzrə Assosasiyası" məlumat yayıb. Təşkilatın məlumatına görə həmçinin 80 nəfərə yaxın insan yaralanıb, 100-dən çox insan həbs olunub. Myanmanın hökümət televiziyası MRTV isə məlumat yayıb ki, polislərə qarşı silah işlədildiyi üçün Yanqon rayonunda iki polis işçisi həlak olub. Bazar günü ölkənin ikinci böyük şəhəri Mandalayda bir neçə gün ondan öncə oturaq aksiyada iştirak etmiş 21 yaşlı oğlanın polislər tərəfindən açılan atəşlə başından vurularaq öldürüləndən sonra onun izdihamlı dəfn mərasimi keçirilib. BMT-nin baş katibinin Myanmadakı xüsusi nümayəndəsi Kristin Şraner Burqener ölkədəki qanlı hadisələrə görə höküməti qınayıb. O deyib ki, dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlmiş hərbçilər beynəlxalq çağırışları qulaqardına vurur, həmçinin BMT-nin çağırışlarını da dinləmir. Halbuki ölkədəki siyasi böhran səbr, dialoq və insan haqqlarına tam əməl olunmaqla həll edilməlidir. Xatırladaq ki, Myanmada kütləvi aksiyalar fevralın 1-də, ölkədə baş vermiş dövlət çevrilişindən sonra başlayıb. Çevriliş nəticəsində ordu hakimiyyəti ələ keçirib və ölkədə fövqəladə vəziyyət elan edib. Ordu tərəfindən vətəndaş cəmiyyətinin liderləri, həmçini prezident Vin Min və dövlət katibi Aun San Su Çji də həbs olunub. Hərbçilər çevrilişin səbəbi kimi ölkədə keçirilən ümumxalq səsverməsinin kütləvi saxtalaşdırılmasını göstərirlər.ərb

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun