MİDA 503 güzəştli mənzili satışa çıxarıb

MİDA 503 güzəştli mənzili satışa çıxarıb
19 Mart 2021
Mətni dəyiş
Cümə günü Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) elan edib ki, Hövsan Yaşayış Kompleksində altı ayrı binada ümumilikdə 503 mənzilin satışını həyata keçirəcək. Mənzillərin satışı 21 aprel 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2021-ci il tarixi saat 11:00-dək davam edəcək. Qurum bildirib ki, mənzillərin seçimi isə ""güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında" 26 aprel 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2021-ci il tarixi saat 11:00-dək aparılacaq. Rəsmi məlumata görə, mənzillər "Elektron hökumət" portalı üzərində "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada alına bilər. "Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir", - MİDA bildirib. 2019-cu idəl dövlət vəsaiti hesabına tikilən və bazar qiymətlərindən nisbətən ucuz təklif edilən mənzillərin online satışı zamanı mənzil seçimində növbəlilik prinsipi tətbiq edilib. "Güzəştli mənzillər" bəzi kateqoriyaya mənsub şəxslərə verilir. 2018-ci ilin mayında internet platformasında problemlər yarandığından ilk satışın nəticələri ləğv olunmuş, ikinci satışın nəticələri isə mübahisə doğurmuş, amma MİDA satışın baş tutduğunu bildirmişdi.

"Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir", - MİDA bildirib.

2019-cu idəl dövlət vəsaiti hesabına tikilən və bazar qiymətlərindən nisbətən ucuz təklif edilən mənzillərin online satışı zamanı mənzil seçimində növbəlilik prinsipi tətbiq edilib.

"Güzəştli mənzillər" bəzi kateqoriyaya mənsub şəxslərə verilir.

2018-ci ilin mayında internet platformasında problemlər yarandığından ilk satışın nəticələri ləğv olunmuş, ikinci satışın nəticələri isə mübahisə doğurmuş, amma MİDA satışın baş tutduğunu bildirmişdi.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına görə, online satış zamanı mənzil seçən, ancaq onu almağa gecikən müştərilər növbə gözləyəcəklər: mənzili seçən şəxs hər hansı səbəbdən onu almasa, bu hüquq növbədəki adama keçir. Növbədə olan şəxs də bundan hər hansı səbəbdən yararlana bilmədikdə, mənzili almaq hüququ növbədəki üçüncü şəxsə keçir.

MİDA bildirir ki, artıq vətəndaşlara mənzil seçimindən əvvəl agent banklarla götürüləcək kreditin məbləğini və müddətini əvvəldən müəyyən etmək imkanı veriləcək.

Dövlət qurumu bəyan edib ki, bu dəyişiklər vətəndaşların "mənzil seçimini və onun əldə edilməsini rahatlaşdıracaq".

Mənzilləri güzəştlə əldə etmək istəyən vətəndaşlar daha bir dəyişiklikdən faydalan biləcəklər. Belə ki, mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcəkdir. Ancaq MİDA bu satış planının detallarını açıqlamayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun