Meksika marixuananın tam sərbəst istifadə edildiyi üçüncü ölkə olmaq istəyir

Meksika marixuananın tam sərbəst istifadə edildiyi üçüncü ölkə olmaq istəyir
12 Mart 2021
Mətni dəyiş

Meksika parlamenyi qanunsuz narkotik ticarətinin qarşısını almaq üçün marixuananın istifadəsini leqallaşdıran qanun qəbul edib. Senatın da təsdiqindən sonra ölkə ərazisində marixuana qanunla satıla biləcək. 

Məlumata görə, əgər senat da təklif olunan bu qanunu təsdiqləsə, Meksika Kanada və Uruqvaydan sonra marixuananın tam sərbəst, yəöni lisenziyasız istifadəsinə icazə verən üçüncü ölkə olacaq.

Əgər bu baş versə, artıq yetkinlik yaşanı çatmış şəxslər ixtisaslaşmış satış məntəqələrindən marixuana ala biləcəklər. Ümumilikdə hər bir nəfər üzərində 28 qrama qədər marixuana daşıya biləcək. Bununla yanaşı, yalnız şəxsi istifadə məqsədi ilə insanların öz evlərində narkotik yetişdirməsinə icazə veriləcək, ancaq bu ciddi nəzarət altında olacaq.

Qanunu dəstəkləyən millət vəkilləri və dövlət başçısı hesab edir ki, əgər bu qanun qəbul edilsə, artıq qanunsuz narkotik ticarətinin təməl daşları dağılacaq və qanunsuz narkotik ticarətinə böyük zərbə olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun