Mehman Hüseynov: "Saxlanılmağımda səbəb qanunsuz dron uçurtmaq yox, məmur mülklərini ifşa etməyim idi"

Mehman Hüseynov: "Saxlanılmağımda səbəb qanunsuz dron uçurtmaq yox, məmur mülklərini ifşa etməyim idi"
15 Mart 2021
Mətni dəyiş

Jurnalist, videobloqqer Mehman Hüseynov və Nida Vətəndaş Hərakatının fəalı, jurnalist Ülvi Həsənli bazar günü Novxanı qəsəbəsində çəkilişdən gələrkən polisi tərəfindən izlənilib, sonra yol polisləri tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə, ordan da Mütləşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə gətiriliblər. Abşeron Polis İdarəsində Mehman Hüseynovun çəkilişlərində istifadə etdiyi dron tipli kamerası polis tərəfindən müsadirə olunaraq götürülüb. Məsələ ilə bağlı Mehman Hüseynov Abzas.net saytına açıqlama verib.

Jurnalist deyir ki, rəsmi olaraq qanunda dronla çəkiliş etməklə bağlı heç bir qadağa yoxdur, dronun polis tərəfindən müsadirə olunması qanun pozuntusudur.

"Qanunda heç yerdə yazılmayıb ki, dronla çəkiliş etmək olmaz. Mən də drondan istifadə edərək əvvəllər məmur villalarını çəkirdim. Mənim saxlanılmağımda əsas səbəb qanunsuz olaraq dronu uçurtmaq yox, korrupsiyaya əli batmış məmurları ifşa etməyin qarşısını almaq idi. Onu da necə almaq lazım idi, məni izləyib dronu əlimdən almaq. Amma yenə də mən demişəm ki, korrupsiya faktlarını aşarlamaq üçün dron o qədər də lazım deyil, buna sadəcə istək lazımdır. Dronsuz da o faktları araşdırıb ortaya çıxarmaq olar. Araşdırılası məsələ dron deyil, qeyri-qanuni pullarla tikilmiş mülklər idi".

Mehman Hüseynov bildirib ki, dronların ölkəyə gətirilməsi üçün müəyyən prosedurlar var, hava limanında, gömrükdə yoxlanır: "Məsələ ordadır ki, məndəki drona bu qanunvericilikdə edilən dəyişiklikdən xeyli əvvəl 2014-cü ildə "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu"nun fəaliyyəti zamanı onun rəhbəri, qardaşım Emin Hüseynov tərəfindən Azərbaycana gətirilib. Onda dronların ölkəyə gətirilməsi ilə bağlı hər-hansı rəsmi qadağa yox idi. O vaxtdan qalmışdı, mən də onlardan istifadə etmişdim".

Hökümətin özünün daim bəyanatlarında korrupsiyanın araşdırılmasına maraqlı olduğunu dediyi halda, niyə sənin korrupsiya araşdırmalarına imkan verilmir? - sualına cavab verən Mehman Hüseynov deyib ki, son hadisədən də onlar korrupsiyaya qarşı mübarizədə maraqlı olmadıqları görünür: "Həqiqətən də bu hakimiyyət korrupsiyaya qarşı mübarizə aparırsa, biz də öz töhvəmizi verməyə hazırıq".

Mehman Hüseynovun bildirib ki, ona polis idarəsində, yaxud da Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə təzyiq olmayıb, jurnalist araşdırmasını dayandırmaqla bağlı hər hansı xəbərdarlıq edilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun