Lukaşenko əleyhinə aksiyalarda iştirak edən 400-dən çox şəxs barəsində həbs qərarı verilib

Lukaşenko əleyhinə aksiyalarda iştirak edən 400-dən çox şəxs barəsində həbs qərarı verilib
17 Mart 2021
Mətni dəyiş

Belarus Baş Prokurorluğu 9 avqust seçkilərininin nəticələrinin açıqlamasından sonra başlayan kütləvi etirazlara görə ümumilikdə 400-dən çox şəxsin həbs olunduğunu açıqlayıb.  Bu barədə Belarus mətbuatı məlumat yayıb. Onlara qarşı ictimai qaydanın pozulması, polisə qarşı şiddət, təhdid, təhqir və dövlət rəmzlərinə hörmətsizlik kimi ittihamlar irəli sürülüb. Məlumatlara görə həbs olunanlara qarşı ən ağır cəza isə bəzilərinin 10 il həbs cəzası alması olub. İcazəsiz kütləvi etirazlarda iştirakla bağlı isə 631 şəxs haqqında 468 iş açılıb. 27 ildir ölkəyə rəhbərlik edən Aleksand Lukaşenkonun 9 avqust seçkilərində də qalib gəlməsinə dair Belarus Mərkəzi Seçki Komissiyasının açıqlaması ölkədə kütləvi etirazlara səbəb olub. Müxalifət və tərəfdarları seçkinin saxtalaşdırıldığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun