23 Mart 2021
Mətni dəyiş
Dünyaca məşhur olan Cənubi Koreya şirkəti LG-nin mobil telefonlar və elektron cihazlar istehsal edən qolu ləğv olunmaq üzrədir. Əvvəlcə koreyalılar dünyanın ən böyük telefon istehsalçılarından biri olan bu şirkəti satmağa cəhd ediblər, ancaq sonradan onu tamam ləğv etmək üzərində düşünməyə başlayıblar. LG haqda yekun qərar aprel ayının əvvəllərində veriləcək.
LG-nin maliyyə problemləri təqribən 2 il əvvəldən Çin istehsalı ucuz telefonların bazarı ələ alması ilə başlayıb. Şirkətin sahibləri əvvəlcə onu Volkswagen-ə satmaq istəyiblər, hətta vyetnam şirkəti olan Vingroup JSC də onu almaq üçün danışıqlar aparıb, amma sonda yenə də danışıqlar dalana dirənib.
Bundan əlavə Cənubi Koreya nəhəngi bir ara xarici şirkətlərin sifarişi ilə telefonlar istehsal etməyə qərar vermişdi, bununla belə LG ucuz telefonlar istehsal edərək bazardakı keçmiş möqeyini geri qaytarmağa çalışıb, ancaq bu da alınmayıb. Keçən il LG mətbuata bəyan etmişdi ki, ucuz telefonlar üzərində işləri dayandırıb və ancaq premium-class smartfonlar istehsal etməyi planlaşdırır.
Bir ay bundan əvvəl isə LG telefonlarla bağlı bütün araşdırma işlərini dayandırdığını, hətta əvvəl anonsunu verdiyi sürüşdürləbilən ekranlı telefonlar üzərində işi də dayandırdığını bəyan edib. Bir az sonra məlum olub ki, bu ilin əvvəlinə planlaşdırılmış yeni telefonların ictimaiyyətə təqdimatı təxirə salınıb.
Şirkət rəhbərliyinin belə qərarları smartfon bazarında yüksək rəqabətlilik və liderliyi heç cürə ələ ala bilməməsi ilə izah edir.