Koronavirus pandemiyasına görə İranda bir milyon insan işini itirib

Koronavirus pandemiyasına görə İranda bir milyon insan işini itirib
15 Mart 2021
Mətni dəyiş
Son 12 ayda koronavirus pandemiyası ucbatından İranda 1 milyondan çox insan işini itirib. Bu haqda İranın daxili işlər naziri Abdülrza Rəhmanı Fəzli yerli mətbuata açıqlamasında deyib. "Keçən dövr ərzində koronavirus pandemiyasının iqtisadi nəticələri olduqca ağır olub və ölkədə bir milyona yaxın insanın işsiz qalması ilə nəticələnib" - deyə nazir bildirib. O həmçinin əlavə edib ki, ixtisarlar demək olar ki, hər sahədə baş verib, xüsusilə turizmdə, restoran və mehmanxana sahəsində, gözəllik salonlarında özünü hiss etdirib. Nazirin bəyanatında həmçinin qeyd olunur ki, ABŞ-ın 2018-ci ildə ölkəyə tətbiq etdiyi sanskiyalar ölkədəki iqtisadi böhranı daha da dərinləşdirib. Xatırladaq ki, İranın koronavirusa qarşı peyvənd almaq imkanı da məhdudlaşdırılıb, çünki ölkənin bu peyvəndin qarşılığını ödəməyə heç bir real ödəmə kanalı yoxdur. İran Rusiya, Çin və Hindistandan ancaq 1,26 milyon doza peyvənd ala bilib ki, bu ancaq tibb işçilərinə və qocalar evlərinin xidmətçilərinə bəs edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun