Kayli Mure-Gilbert: "Azadlığa buraxılmağım qarşılığında İranda mənə cəsusluq təklif edildi"

Kayli Mure-Gilbert: "Azadlığa buraxılmağım qarşılığında İranda mənə cəsusluq təklif edildi"
10 Mart 2021
Mətni dəyiş

İranda cəsusluq ittihamı ilə 10 il həbsə məhkum edilən, daha sonra sərbəst buraxılan, Avstraliya-İngiltərə ikili vətəndaşlığını daşıyan akademik Kayli Mure-Gilbert həbsdə olduğu müddətdə həbsdən buraxılmasının qarşılığında İrana cəsusluq etmək təklifi aldığını bildirib.

Kayli Mure-Gilbert Britaniyanın "Sky News" kanalına İran həbsxanasında yaşadıqlarını danışarkən deyib.

800 günlük həbs müddətinin yeddinci ayında həbsxanada kiçik bir kamerada saxlanıldğını deyən akademik bildirib ki, bu psixolojoi işgəncənin fiziki ağrılarını hələ də yaşayır:

"Növbəti günü dü bu kamerada keçirəcəyimi düşünəndə intihardan başqa heç nə gəlmirdi ağlıma", - deyə o, vurğulayıb.

Onun azadlığa çıxması üçün Avstraliya hökumətinin İranla intensiv danışıqlar apardığını deyən Kayli Mure-Gilbert bu danışıqların effektsiz olduğunu deyib. O, İranın ondan Avstraliyaya qarşı da cəsusluq etməsini istədiyini bildirib:

"Bilirdim ki, mən bu təklifi qəbul etsəm dərhal məni sərbəst buraxacaqlar", - deyə o, qeyd edib.

Melbörn Universitetinin Orta Şərq tədqiqatları üzrə mütəxəssisi Mure-Gilbert 2018-ci ildən bəri İranda həbs edilib. 33 yaşlı Gilbert casusluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

İran tərəfindən iki ildən uzun müddətdir casusluq ittihamı ilə həbs edilən ingilis-avstraliyalı akademik Kayli Mure-Gilbert üç iranlı ilə məhbus mübadiləsi nəticəsində 2020-ci ilin oktyabrında sərbəst buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun