Kanada uyğurlara qarşı repressiyalarda iştirak etmiş dörd çinli məmura sanskiya tətbiq edib

Kanada uyğurlara qarşı repressiyalarda iştirak etmiş dörd çinli məmura sanskiya tətbiq edib
23 Mart 2021
Mətni dəyiş
Kanada hökuməti dörd çinli məmura Çinin Sincan-Uyğur vilayətində uyğurların hüquqlarını pozduqları üçün sanksiya tətbiq edib. Kanada höküməti onların müntəzəm olaran insan haqqlarını kobud surətdə pozduqlarını ehtimal edir. Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb ki, sanksiyalar ABŞ, Böyük Britaniya və Avropa Birliyi ilə koordinasiya olunub. Kanadanın qara siyahısına düşən çinli məmurlar isə Sincan-Uyğur vilayətinin ictimai təhlükəsizlik idarəsinin rəhbəri Çen Minqo, həmin regionun partiya komitəsinin üzvü və siyasi-hüquqi komissiyasının rəhbəri Van Minşan, həmin regionun partiya komitəsinin rəhbəri Van Çzynçjen və həmin regionun ali qanunvericilik orqanı olan Xalq Yığıncağının təmsilçisi Çju Halyundur. Kanadanın sanksiyaları həmçinin Sincan-Uyğur vilayətinin istehsalat-tikinti korpusuna da qarşı tətbiq edilib. Kanada XİN idda edir ki, Sincan-Uyğur vilayətinin çinli məmurlarının əməllərini ucbatından milyondan çox uyğun və digər müsəlman azlıqlar əziyyət çəkib. Rəsmi Ottava Çin Xalq Respublikasının əraziyə ordakı insan haqqlarının vəziyyətini monitorinq etmək üçün beynəlxalq müşahidəçiləri buraxmağa çağırır. Həmçinin Kanada höküməti Çinin uyğurlar və digər müsəlman etnik azlıqların sistematik repressiyasını dayandırmağa, bu işdə günahı olanları cəzalandırmağa çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun