İtalyada koronavirus qurbanlarının sayı 100 mini keçib

İtalyada koronavirus qurbanlarının sayı 100 mini keçib
9 Mart 2021
Mətni dəyiş
İtaliyada koronavirus pandemiyasının rəsmi qurbanları 100 min nəfəri keçib. Bu məlumatı ölkənin səhiyyə nazirliyi yayıb. Hesabata görə 100 mindən çox insanın virusdan dünyasının dəyişdiyi İtalyada son sutkada daha 318 nəfər ölüb. Koronavirusdan ən çox əziyyət çəkən İtaliya əyalətləri isə Lombardiya (30 mindən çox insan ölüb), Emiliya-Romanya (11 min nəfər ölüb), Pyemont və Veneto (10 min nəfər ölüb) olub. Baş nazir Mario Draqi isə qeyd edib ki, ölkədə sanitar böhran yenidən pisləşməkdədir. Hökümət başçısı koronavirusun yayılmasını məhdudlaşdırmaq üçün əlindən gələn hər şeyi edəcəyini də bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun