İsveçrədə müsəlman qadınlara üzü tamamilə bağlayan hicab və burqa taxmaq qadağan edilir

İsveçrədə müsəlman qadınlara üzü tamamilə bağlayan hicab və burqa taxmaq qadağan edilir
8 Mart 2021
Mətni dəyiş
İsveçrədə qadınların gözlərindən başqa bədənlərinin hər yerini bağlayan geyimlərlə bağlı bazar günü keçirilən referendumun nəticələri açıqlanıb. Referendumda iştirak edən isveçrəlilərin 51,2 faizi qadınların ölkə boyu açıq havada burqa və ya üzün hər yerini bağlayan hicab taxmasına qarşı olduqlarını deyiblər. İsveçərdən əvvəl Fransa, Avstriya, Bolqarıstan, Belçika və Danimarka da qadınların tamamilə qapadılmasını qadağan etmişdi. Burqa və ancaq gözlərin göründüyü hicabın qadağan edilməsi ilə bağlı referendum İsveçrə Xalq Partiyasına yaxınlığı ilə tanınan mühafizəkar Egerkinger komitəsinin təşəbbüsü ilə keçirilib. Komitə referendumun hədəfinin müsəlman qadınların başlarının və bədənlərinin tam qapadılmasına qarşı keçirildiyini açıqca bildirməsə də ölkədə referendumla bağlı müzakirələrdə onun əsl səbəbinin müsəlman qadınlara qarşı hədəfləndiyi deyilir. Referendumdan öncə keçirilən təbliğat kampaniyasına burqa qadağasına dəstək verənlər "Radikal İslamı dayandıraq" şüarı ilə çıxış edirdi, qadağaların əleyhinə olanlar isə bunun İslama qarşı bir addım olduğunu bildirirdi. Referendumun nəticələri parlamentdə təsdiqlənəndən sonra sağlamlıq problemləri olanlardan başqa müsəlman qadınlar ölkə boyu bədənini tamamilə örtən burqa geyinə bilməyəcək və gözlərindən başqa bütün üzü gizləyən hicablar taxa bilməyəcək.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun