İspaniyanın baş naziri keçmiş kral Xuan Karlosu vergidən yayındığı üçün mədəniyyətsiz adlandırıb

İspaniyanın baş naziri keçmiş kral Xuan Karlosu vergidən yayındığı üçün mədəniyyətsiz adlandırıb
9 Mart 2021
Mətni dəyiş
Korrupsiya iddialarına görə keçən ilin avqustunda ölkəsinə tərk edən keçmiş ispan kralı Xuan Karlosun vergi borclarını bağlamaq üçün ölkənin maliyyə nazirliyinə 4,4 milyon avro ödədiyi açıqlanıb. Keçmiş kral ən son dekabr ayında İspaniya büdcəsinə 678 min 393 avro pul ödəyib. Xuan Karlosun vergi qalmaqalının yenidən gündəmə gəlməsindən hiddədlənən İspaniya baş nazir Pedro Sançez kralı vergi fırıldaqlarına görə "qeyri mədəni" adam adlandırıb. Bununla belə baş nazir nə idarələri nə də monarxiyanı günahlandırmadığını, ortada özünü mədəniyyətsiz adam kimi aparam bir nəfərin olduğunu qeyd edib. O həmçinin indiki kral VI Filipə dəstək verdiyini və hörmət göstərdiyini də dilə gətirib. Xatırladaq ki, keçmiş kral 2014-cü ildə taxtdan imtina edərək yerini oğlu VI Filipə verib. Nə oğlu, nə də Vergilər Nazirliyi keçmiş kralın haqqında çıxan xəbərlərə şərh verməyib. 83 yaşlı keçmiş kral Xuan Karlos ona edilən bəzi yardımları vergilər orqanlarına bəyan etmədiyi üçün qınanıb. Belə ki, Xuan Karlos Lixtenşteyndə olan bir fondun dəstəyi ilə bəzi səyahətlərə çıxıb və öz xərclərini fonda ödədib. İspaniya qanunlarına görə bu yardımlara görə də Xuan Karlos vergi verməliydi, amma o yardımları dövlətdən gizlədib. Kralın vəkilləri onun keçmiş vergi borclarını könüllü olaraq ödədiyini və vergi öhdəliklərini tam yerinə yetirdiyini bəyan edib. Yerli mətbuat isə krala yardımların 2008-ci ildən 2018-ci ilə qədər 10 il ərzində edildiyini yazır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun