İspaniya evtanaziya ilə bağlı qanun qəbul edib

İspaniya evtanaziya ilə bağlı qanun qəbul edib
19 Mart 2021
Mətni dəyiş
İspaniyada martın 18-də evtanaziya ilə bağlı qanun qəbul olunub. Qanunun lehinə 202 deputat, əleyhinə isə 141 deputat səs verib. İki deputat tərəfsiz qalıb. İspaniyanın Səhiyyə Naziri Karolina Dariasın sözlərinə görə təşəbbüsün məqsədi odur ki, "insanlar iztirablara düçar olmamaq üçün qanunların verdiyi bütün qarantiyalarla rahat ölə bilsin". Hal-hazırda evtanaziyaya Niderland, Belçika, Lüksemburq və Kanadada icazə verilir. Yanvarın sonlarında evtanaziya haqqında qanunu Portuqaliya da qəbul edib. Qanun iyun ayında qüvvəyə minəcək. Ondan sonra İspaniyada həddi-buluğa çatmış, sağalmaz xəstəliyə tutulmuş ölkə vətəndaşları qanundan yararlana biləcək. Həmçinin qanuna görə kənar qüvvənin köməyi ilə özünəqsədə ya da tibb işçisinin köməyilə həyatına son verməyə izn verilir. Qanun tələb edir ki, sağalmaz xəstə ümumilikdə dörd dəfə həyatdan getmək istədiyini desin, onun ardınca isə uzun bir mərhələli prosses keçməlidir ki, həmin prossesdə xəstə həkimlər, hüquqşünaslar və eftanaziya komissiyası ilə ünsiyyətdə olmalıdır.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun