İşğal altındakı ərazilərə səfər etmiş 51 əcnəbi Azərbaycandan üzr istəyib

İşğal altındakı ərazilərə səfər etmiş 51 əcnəbi Azərbaycandan üzr istəyib
10 Mart 2021
Mətni dəyiş

"Gələcəkdə bu kimi qanunsuz addımların atılmayacağına dair öhdəlik götürüblər"

Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Məlumata görə, 2014-2020-ci illər ərzində görülən işlər nəticəsində bu günə kimi 51 nəfər əcnəbi hüquqi şəxs Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və bu ərazilərdəki qanunsuz fəaliyyəti ilə bağlı Azərbaycan tərəfinə müvafiq üzrxahlıq müraciəti ünvanlayıb.

Nazirliyik deyir ki, həmin şəxslər gələcəkdə bu kimi qanunsuz addımların atılmayacağına dair öhdəlik götürüblər.

Hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun