İrlandiya Oxford-AstraZeneca peyvəndinin istifadəsini dayandırıb

İrlandiya Oxford-AstraZeneca peyvəndinin istifadəsini dayandırıb
15 Mart 2021
Mətni dəyiş

İrlandiya Oxford Universitetinin əczaçılıq şirkəti AstraZeneca tərəfindən hazırlanan yeni növ koronavirus (Covid-19) peyvəndinin istifadəsini bir müddətlik dayandırıb. Bu barədə İrlandiya səhiyyə naziri Stephen Donnelly məlumat verib.

Peyvənd mütəxəssisləri Oxford-AstraZeneca peyvəndinin Norveçdə bəzi şəxslərdə qan laxtalanmasına səbəb olmasına dair məlumatların araşdırılması məqsədi ilə bu marka peyvəndlərin sitifadəsinin müvəqqəti olaraq dayatandırılmasını tövsiyyə edib.

Bu peyvəndin İrlandiyada indiyə qədər 110 mindən çox insana tətbiq olunduğu bildirilib.

İrlandiya ilə "AstraZeneca" peyvəndinin istifadəsini dayandıran ölkələrin sayı 11-ə yüksəlib. Buna qədər Avstriya, İtaliya, Bolqarıstan, Rumıniya, Estoniya, Litva, Lüksemburq, Latviya, Norveç və İslandiya "AstraZeneca" peyvəndinin istifadəsini dayandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun