İki iranlı qadın hüquq müdafiəçisi həbsdən azad edilib

İki iranlı qadın hüquq müdafiəçisi həbsdən azad edilib
17 Mart 2021
Mətni dəyiş
İki İran hüquq müdafiəçisi qadın Nəsrin Sotoude və Nuşin Cəfəri Novruz bayramı münasibətiylə həbsdən azad edilib. 55 yaşlı tanınmış vəkil Nəsrin Sotoude həbsindən öncə irandakı geyim qadağalarına etiraz olaraq ictimai yerdə başı açıq gəzmiş bir neçə qadının məhkəmə işlərində onları müdafiə etmişdi. Nəsrin Sotoude 2012-ci ildə Avropa parlamentinin insan haqqları ilə bağlı mükafatı olan "Saxarov mükafatını" alıb. O bu mükafata İranda həddi-buluğa çatmadığı halda ölüm cəzasına məhum edilən gənclərin müdafiəsinə görə layiq görülmüşdü. 2009-cu ildə İranda Mahmud Əhmədinejatın yenidən prezident seçilməsinə qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün Nəsrin Sotoude həbs olunaraq üç il həbs cəzası almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun