İki alman deputat tibbi maska skandalına görə istefa verib

İki alman deputat tibbi maska skandalına görə istefa verib
9 Mart 2021
Mətni dəyiş

Almaniyada tibbi maska tədarükü üçün öz nüfuzundan istifadə edərək maddi mənfəət əldə edən iqtidar partiyası Xristian Demokrat Birliyinin deputat Nikolas Löbel partiyasında istefa edib.

Löbel bundan öncə yaydığı açıqlamasından partiyasının parlament fraksiyasından da istefa etdiyini, sentyabrda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini bəyan etmişdi.

'Deuche Welle' agentliyinin məlumatına görə, Xristian Demokrat Birliyi partiyasının Mannhaym bölgəsindən namizədi olan və parlamentə seçilən Löbel özəl bir firmanın adından hökümətə qoruyucu maska sataraq 250 min avro almaqda ittiham edilir. 34 yaşlı deputat açıqlamasında hərəkətlərinə görə üzr istəyib.

Eynilə Nicolas Löbel kimi hökümətin maska tədarükü üçün şəxsi nüfuzundan istifadə edib maddi qazanc əldə etməyə çalışan başqa bir deputat Georq Nüsslayna da parlamentdən istefa verməsi üçün təzyiqlər edilir.

İki siyasətçi siyasi nüfuzlarından istifadə edərək haqqsız qazanc əldə etdikləri iddiaları ortaya çıxandan sonra müxalifət hökümətdən məsələ ilə bağlı əhatəli açıqlama tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun