Hondurasın prezidentinin qardaşı Amerikada ömürlük həbs edilib

Hondurasın prezidentinin qardaşı Amerikada ömürlük həbs edilib
31 Mart 2021
Mətni dəyiş

Hondurasın prezidenti Xuan Orlando Ernandesin qardaşı Antonio Ernandes Amerikada narkotik qaçaqmalçılığında ittiham olunaraq ömürlük həbs edilib. 

2019-cu ildə bu ittihamla həbs olunan Antonio ilə bağlı qərarı Nyu-York məhkəməsi verib.

Məhkəmə onu ömürlük həbslə yanaşı əlavə 30 il həbslə və 138,5 milyon dollar cərimə ilə cəzalandırıb. Antonio Ernandesin vəkilləri qərardan apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Antonio Ernandesin prezident qardaşı Xuan Orlando Ernandes isə özünündə adının hallandığı bu işlə bağlı açıqlama verərək, ittihamları yalanlayıb.

Hondurasın prezidenti Xuan Orlando Ernandesin qardaşı Antonio Ernandes narkotik qaçaqmalçılığı və rüşvət vermək ittihamları ilə 2019-cu ildə həbs edilib. Həbsindən sonra dünya mediasında qaçaqmalçılıq prosesinə yardım edən şəxslər arasında onun prezident qardaşı Xuan Orlando Ernandesin də adı hallanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun