Hollandiya parlamenti bomba xəbərdarlığından sonra boşaldılıb

Hollandiya parlamenti bomba xəbərdarlığından sonra boşaldılıb
26 Mart 2021
Mətni dəyiş

Hollandiyada polis parlament binasında bomba olmasına dair xəbərdarlıq aldıqdan sonra parlament binasını boşaldıb.

Lahey polisinin sosial şəbəkə hesabında yaydığı məlumata görə, bir nəfər polisə zəng edərək parlament binasında bomba olduğunu bildirib və əməliyyatlar bundan sonra başlayıb.

Polis parlament binasındakı şəxslərin təxliyyə edildiyini bildirib.

Ancaq bir müddət sonra yayılan məlumatda isə xəbərdarlığın saxta olduğu və parlament binasında heç nə tapılmadığı qeyd olunub.

Polis təxliyyəni dayandırdığını bildirib. Lahey polisindən verilən açıqlamada qeyd olunub ki, məsələ ilə bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun