Hindistandan sonra Pakistan da "TikTok"-u ölkədə qadağan edib

Hindistandan sonra Pakistan da "TikTok"-u ölkədə qadağan edib
12 Mart 2021
Mətni dəyiş

Pakistanda məhkəmə "Cəmiyyətdə əxlaqsızlığın təbliği" ittihamı ilə Çinin sosial media tətbiqi "TikTok"-un ölkədə istifadəsini qadağan edib. 

Bu barədə qərarı Pakistanın Ali Məhkəməsi bir vətəndaşın "TikTok"-la bağlı iddiasına baxarkən verib.

Pakistan Telekommunikasiya İdarəsinin (PTA) rəsmilərinin də iştirak etdiyi məhkəmə iclasında hakim Kayser Raşid Han bu tətbiqin ölkənin milli dəyərlərinə zidd fəaliyyət göstərdiyini deyərək onun ölkədə istifadəsinin qəbul olunmaz olduğunu bildirib.

Pakistan Telekommunikasiya İdarəsinin rəsmisi Kamran Gandapu isə sözügedən videoların silinməsi ilə bağlı "TikToka"-a tələbnamə göndərdiklərini, ancaq hələ də cavab ala bilmədiklərini bildirib.

Pakistan Hindistandan sonra "TikTok"-u qadağan edən ikinci Asiya ölkəsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun