Heyvanlar üçün ilk koronavirus peyvəndi Rusiyada hazırlanıb

Heyvanlar üçün ilk koronavirus peyvəndi Rusiyada hazırlanıb
31 Mart 2021
Mətni dəyiş

Rusiyada heyvanlar üçün koronavirus (Covid-19) peyvəndi hazırlanıb.

Bu barədə məlumatı Vaksin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəis müavini Konstantin Savenkov yayıb.

Məlumata görə peyvənd “Rosselxoznadzor”-un alimləri tərəfindən hazırlanıb. "Carnivac-Kov" adı verilən peyvənd dünyada heyvanlar üçün nəzərdə tutulan ilk koronavirus peyvəndi olub.

Konstantin Savenkov peyvəndin klinik sınaqlarının 2020-ci ilin oktyabrında başladığını və itlər, pişiklər, tülkülər üzərində sınaqdan keçirildiyini bildirib. Tədqiqat zamanı peyvəndin zərərsiz olduğu və peyvəndlənən heyvanlarda xəstəliyə qarşı antikorlar yaratdığı müəyyən olunub.

Peyvəndin kütləvi istehsalına aprel ayında başlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun