Gürcüstanda qalmaqallı səs yazısı yayılıb: prezidentin oğlu baş nazirdən adam döydürmək xaiş edibmiş

Gürcüstanda qalmaqallı səs yazısı yayılıb: prezidentin oğlu baş nazirdən adam döydürmək xaiş edibmiş
9 Mart 2021
Mətni dəyiş
Gürcüstanın paytaxtı Tbilisidə baş nazir İrakli Qaribaşvilinin istefası ilə bağlı oturaq aksiya keçirilir. Aksiyanın səbəbi martın 6-da Pirveli TV kanalında yayılan bir səs yazısı olub. Səs yazısı hakim "Gürcü arzusu" partiyasının keçmiş rəhbəri və banisi Bidzina İvanişvilinin oğlu Beri İvanişviliyə məxsus olub. Belə ki, Beri İvanişvili indiki baş nazir, o zamankı daxili işlər naziri İrakli Qaribaşvili və Xüsusi Dövlət Mühafizəsi idarəsinin rəisi Anzor Çubinidzeyə zəng edərək facebook sosial şəbəkəsində ona nalayiq şərhlər yazan profil sahiblərinin döyülməsini istəyib. Beri İvanaşvilinin şikayət etdiyi adamlardan biri cəmi 15 yaşlı yeniyetmə olub. Məsələ ilə bağlı Gürcüstan prokurorluğu "şəxsi danışıqların gizliliyinin pozulması" maddəsi ilə cinayət işi qaldırıb. Prokurorluq şəxsi danışıqlara kimin, necə qulaq asdığını və onların necə yayıldığını araşdırmağa başalyıb. Səs yazısının yayılması gürcü cəiyyətində qalmaqala səbəb olub. Belə ki, hakim "Gürcü arzusu" partiyası yayılan səs yazısını qurama və qeyri-qanuni adlandırıb. Partiyanın bəyanatında deyilir ki, səs yazısının İvanişvilinin hakimiyyətə gəlişindən öncəyə aid olduğu tam sübut edilib. Müxalifət isə səs yazısında iki məlum şəxsin cinayət əlaqələrini göstərir və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Müxalif "Lelo" hərakatının rəhbəri Mamuka Xazaradze Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin o zamankı prezidentin oğlunun cinayət sifarişlərini yerinə yetirdiyini və buna görə də özü də cinayətdə iştirak etdiyini bildirib. Qaribaşvilidən başqa Xüsusi Dövlət Mühafizə idarəsinin rəisi Anzor Çubinidzenin də səs yazısında adı çəkilir, səs yazısına görə Çubinidzenin dəstəsi guya tez-tez belə sifarişləri yerinə yetirirmiş və insanlar buna görə ondan qorxub çəkinirmiş.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun