Gürcüstanda müxalifətlə hökümətin danışıqları nəticəsiz başa çatıb

Gürcüstanda müxalifətlə hökümətin danışıqları nəticəsiz başa çatıb
31 Mart 2021
Mətni dəyiş
Gürcüstanda hakim partiya "Gürcü arzusu" ilə beş müxalifət partiyası arasında dialoq cəhdi uğursuz alınıb. Onlar ölkədəki siyasi böhranın həlli üçün Avropa Şurası prezidentinin şəxsi nümayəndəsi Kristian Danielsonun hazırladığı sənədi imzalayacaqdılar, ancaq bu alınmayıb. Çoxsaylı danışıqların nəticəsiz qalması martın 31-i günü bəlli olub. 2021-ci ilin mart ayında iki dəfə vasitəçi missiyası ilə Gürcüstana səfər etmiş Danielson deyib ki, danışıqlarda tərəflər güzəştlərə hazırlıqlarını göstərməyiblər. Tərəflərin imzalamalı olduğu sənəddə bir çox məsələ ilə bərabər müxalif "Vahid milli hərakat" partiyasının rəhbəri Nikanor Meliyanın zamin girov qarşılığında həbsdən buraxılması nəzərdə tutulurdu. Girov üçün lazım olan pulu isə Avropa fondları ödəyəcəkdi. Həçinin həbsdə olan müxalif "Pirveli TV"-nin rəhbəri Georgi Ruruanın da həbsdən azad olunmasına Avropa Şurası çağırış edirdi. Onun 2021-ci ilin noyabr ayında həbsdən çıxması gözlənilir. Xatırladaq ki, Nika Meliaya qarşı 2019-cu ildə Gürcüstanda iğtişaşları təşkil etmək ittihamı irəli sürülüb. O 2021-ci ilin fevralında lazım olan miqdarda girovu məhkəməyə təqdim etmədiyi üçün həbs olunub. Jurnalist Georgi Ruruanı isə 2019-cu ildə qeyri-qanuni olaraq odlu silah gəzdirmək ittihamı ilə həbs ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun