Fransanın böyük hostinq şirkətlərindən birinin data mərkəzində yanğın baş verib

Fransanın böyük hostinq şirkətlərindən birinin data mərkəzində yanğın baş verib
11 Mart 2021
Mətni dəyiş

Martın 10-da Fransanın OVH hostinq şirkətinin Strasburqda yerləşən data mərkəzində yanğın baş verib.

Bu barədə şirkətin qurucusu və CEO-su Oktabe Klaba sosial şəbəkədə açıqlama yayıb. Şirkət rəhbəri bildirib ki, SBG2-də (Strasburq Data Mərkəzi) ciddi yanğın baş verib.

"Yanğınsöndürənlər dərhal hadisə yerinə gəlsələr də yanğına nəzarət etmək mümkün olmayıb".

Klaba bildirib ki, data mərkəzin bir bloku tam, bir bloku isə qismən sıradan çıxıb. Şirkətin sahibi müştərilərinə tövsiyyə edib ki, saytlarında 'disaster recovery plan' funksiyasını işə salsınlar.

İlkin məlumata görə, 'WordPress Rocket' saytı daxil olmaqla yüzlərlə saytın bazası dağılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun