Feysbuk Nikolas Maduronun hesabını dondurub

Feysbuk Nikolas Maduronun hesabını dondurub
29 Mart 2021
Mətni dəyiş

Feysbuk Venesuela prezidenti Nikolas Maduronun hesabını dondurub. 

Şirkət bildirib ki, prezident koronavirusun (Covid-19) müalicəsində effektiv olduğunu düşündüyü "Carvativir" adlı bir dərmanla bağlı paylaşım edərək şəbəkənin reklam siyasətindən kənara çıxıb.

Sözügedən videonu hesabdan silən Feysbuk prezidentin hesabını da 30 günlük dondurub.

Feysbuk tərəfindən silinən videoda Maduro kəklikotundan hazırlanan "Carvativir" dərmanının "möcüzə" olduğunu deyib. O, bu dərmandan koronavirusun qarşısının alınmasında və müalicəsində istifadə edilə biləcəyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun