Feysbuk: "Çinli hakerlər saxta hesablar vasitəsi ilə uyğurları hədəf alır"

Feysbuk: "Çinli hakerlər saxta hesablar vasitəsi ilə uyğurları hədəf alır"
25 Mart 2021
Mətni dəyiş

Feysbuk sosial şəbəkəsi çinli hakerlərin xaricdə yaşayan uyğur aktivistlər, müxaliflər və jurnalistlər barəsində cəsusluq etmək üçün kiberhücumlar həyata keçirdiklərini bildirib.

Feysbuk açıqlamasında bildirib ki, xüsusilə Türkiyə, Qazaxıstan, ABŞ kimi ölkələrdə yaşayan Çinin Sincan bölgəsindəki uyğurlardan və digər müsəlman azlıqlardan olan aktivistlər, jurnalistlər və müxaliflər hədəf alınıb.

Açıqlamada çinli hakerlərin hədəf aldıqları insanların mobil telefonlarına və kompüterlərinə onlara casusluq edə biləcək zərərli proqram vasitələri yükləməyə çalışdıqları qeyd olunub.

Həm hədəfə aldıqları şəxslərin etibarını qazanmaq üçün, həm də onlara göndərilən linkə şübhə etmədən daxil olmaları üçün xakerlər jurnalistlər, tələbələr, hüquq müdafiəçiləri və ya uyğur cəmiyyətinin üzvləri kimi saxta hesablar yaradıblar.

Feysbuk Çin hökumətini kiberhücumlardan məsul olaraq birbaşa günahlandırmasa da qeyd edib ki, hücumlar yüksək səviyyədə təşkil olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun