Ermənistanda siyasi partiyalarla bağlı rəy sorğusu keçirilib [infoqrafika]

Ermənistanda siyasi partiyalarla bağlı rəy sorğusu keçirilib [infoqrafika]
11 Mart 2021
Mətni dəyiş

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda siyasi partiyalarla bağlı anket sorğusu keçirib.

Təşkilat Ermənistan vətəndaşlarına "bu bazar seçki olsaydı, kimə səs verərdiniz?" sualı ünvanlayıb. Respondentlərin 42 faizi "heç kimə" cavabını veriblər.

Mövcud baş nazir Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasına 33 faiz, oliqarx Qaqik Çarukyanın "Çiçəklənən Ermənistan" partiyasına 3 faiz repondent dəstəkləyəcəyini bildirib.

Sorğuda keçmiş prezidentlər, Robert Köçəryana 2 faiz, Serj Sarkisyana isə 1 faiz səs verəcəyini deyib. Respondentlərin 1 faizi millətçi "Daşnaksütun" partiyasını, 1 faizi ölkənin ilk baş naziri və müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyanı dəstəkləyəcəyini açıqlayıb.

Sorğuda iştirak edən vətəndaşların 12 faizi isə hələlik kimi dəstəkləyəcəklərini bilmədiklərini deyiblər.

2018-ci ildə Ermənistanda keçirlən sonuncu parlament seçkilərdə Paşinyanın "Mənim addımım" partiyası 70,4 faiz, Çarukyanın "Çiçəklənən Ermənistan" partiyası 8,3 faiz, Marukyanın "İşıqlı Ermənistan" partiyasına 6,4 faiz, Sarkisyanın "Respublikaçılar partiyası" isə 4,7 faiz səs toplamışdı.

Ermənistan Konstitusiyasına görə yalnız 5 faiz səs həddini keçən partiyalar parlamentdə təmsil olunur, bu səbəbdən hazırda parlamentdə ilk üç partiya təmsil olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun