Ermənistan prezidenti: "Qarabağ müharibəsindən yayınmaq mümkün idi"

Ermənistan prezidenti: "Qarabağ müharibəsindən yayınmaq mümkün idi"
31 Mart 2021
Mətni dəyiş
Ermənistanın prezidenti Rusiyanın RBK kanalına yeni müsahibə verib. O müsahibəsində deyib ki, son Qarabağ müharibəsindən yayınmaq mümkün idi. O deyib ki, nəyəsə sonradan əgər elə olmasaydı belə olardı demək çətindir, ancaq reallıq odur ki, müharibədən yayınmaq mümkün idi. Çünki 30 ildir ki, müxtəlif zaman kəsiklərində diplomatiya ilə məşğul olmuşam, müxtəlif ölkələrin rəhbərləri ilə görüşmüşəm. Mənə elə gəlir ki, həmişə belə problemlərin hərbi müdaxilə olmadan həlli mümkün olur. Axı, birinci Qarabağ müharibəsindən sonra Qarabağda bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu var idi. Ünsiyyət və dialoq üçün mexanizmlər var idi və s. Ancaq bizim nöqteyi-nəzərimizdən baxanda biz yenə də etdiyimiz şeyin doğru olduğuna inanırıq. Elə bilirdik müharibə artıq bitib. Əslində isə hələ münaqişə həll olunmamışdı. Özü də Azərbaycan daim gələcək müharibələrdən danışırdı. Biz müəyyən addımlar atmaqdan - Qarabağın müdafiə qabiliyyətlərini artırmaqdan, daha müasir hərbi infrasturktur qurmaqdan, Qarabağın iqtisadi effektivliyini artırmaqdan, əlimizi-əlimizin üstünə qoyub oturmuşuq. Digər problem isə Ermənistanla bağlı idi. Təəssüf ki, Ermənistan 21-ci əsrdə özünü axtarışdaydı. Gah idarəetmə formasını dəyişdirməyə çalışır... gah deyir prezident idarəetmə forması yaxşı deyil, gəlib başqasını yoxlayaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun