Erməni tərəfi daha üç erməni qadının Azərbaycanda əsirlikdə olduğunu ehtimal edir

Erməni tərəfi daha üç erməni qadının Azərbaycanda əsirlikdə olduğunu ehtimal edir
12 Mart 2021
Mətni dəyiş
Avropa İnsan Haqqları Məhkəməsində Ermənistandan olan hərbi əsirlərin hüquqlarını müdafiə edən erməni vəkil Siranuş Saakyan dünən Ermənistana qaytarılan əsir Maral Nacaryanla bağlı açıqlama verib. O deyib ki, biz Azərbaycanda daha 3 nəfər mülki erməni qadının əsirlikdə olduğunu ehtimal edirik. Amma rəsmi Bakı bunu təsdiqləməyib. Siranuş Saakyan, haqqında bəhs etdiyi qadınların ikisinin müharibə dövründə, birinin isə noyabrın 9-da üçtərəfli razılaşma əldə olunduqdan sonra əsir götürüldüyünü bildirib. Vəkil ona yönləndirilən "Yaxın vaxtda yeni əsir qrupu Ermənistanda qaytarılacaqmı?" - sualına cavab verərkən deyib ki, hal-hazırda buna hər-hansı bir işarə yoxdur. Hələlik məhkəmə prosseslərinin nəticələrini gözləyirik. Xatırladaq ki, Livandan olan erməni əsir Maral Nacaryan dünən Azərbaycan tərəfindən azad edilib və o dərhal Beyruta, öz evinə yollanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun