Erməni ordusunun komandanlıq heyəti Onik Qasparyana dəstək bəyanatı yayımlayıb

Erməni ordusunun komandanlıq heyəti Onik Qasparyana dəstək bəyanatı yayımlayıb
10 Mart 2021
Mətni dəyiş

Erməni ordusunun komandanlıq heyəti keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın bəyanatına qoşulduqlarını bəyan ediblər. Ordu komandanları Qasparyanın ardınca birgə bəyanat yayaraq Paşinyanın istefasını tələb ediblər. Birgə bəyanat Silahlı Qüvvələrin Baş Qərargahının mətbuat bölümünün rəhbəri Samvel Asatryanın 'Facebook' səhifəsinə yayımlanıb.

Bəyanatda deyilir ki, komandanlıq heyəti baş nazir Nikol Paşinyanın istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Onik Qasparyanın rəyini dəstəkləyir.

Həmçinin, generallar bildiriblər ki, onların keçdikləri ağır sınağı ancaq vəziyyəti dəyərləndirməyi və analiz etməyi bacaran insan anlaya bilər.

Komandanlıq heyəti "Qasparyandan nümunə götürərək" - nə olursa olsun ordu, ölkə və xalq üçün xidmət aparacaqlarını da bildirirlər.

Qeyd edək ki, Qasparyan onu vəzifəsindən çıxartmaq istəyən baş nazir Nikol Paşinyanın qərarından Administrativ məhkəməyə müraciət edib. O, generallara, zabitlərə və əsgərlərə müraciət edərək onları ölkə və xalq üçün fədakar mübarizəyə səsləyib.

Ermənistanda daxili siyasi gərginlik fevralın 25-də Silahlı Qüvvələrin Baş Qərargah rəisinin baş nazirin istefasını tələb etdikdən sonra başlayıb. Baş nazir Qasparyanı dövlət çevrilişinə cəhddə ittiham edərək vəzifədən azad edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun