Edvard Snouden Rusiya vətəndaşlığı üçün müraciət edəcək

Edvard Snouden Rusiya vətəndaşlığı üçün müraciət edəcək
19 Mart 2021
Mətni dəyiş

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenin vəkili Anatoli Kuçerena bildirib ki, Snoudenin sənədləri hazırdır və o yaxın zamanlarda Rusiya vətəndaşlığı üçün müraciət edəcək. 

37 yaşlı Snouden 2020-ci ildə həyat yoldaşının hamilə olduğunu və gələcək övladları ilə birlikdə Rusiya vətəndaşı olmaq istədiklərini açıqlamışdı.

Edvard Snouden 2014-cü ildə "Həqiqət uğrunda" nominasiyasında Ridenhour mükafatına layiq görülüb.

"Snowden-in addımı görünməmiş ictimai rezonansa səbəb olmaqla yanaşı vətəndaşların dövlət tərəfindən izlənməsi mövzusunda ictimai debatların başlamasına səbəb olub, lakin bu ona baha başa gəlib", mükafatın rəsmi saytında qeyd olunub.

Snouden 2013-cü ilin iyununda ABŞ və Böyük Britaniyanın xüsusi xidmətlərinin internetdə izləmə proqramlarına dair məxfi materialları Washington Post və Guardian qəzetlərinə ötürmüşdü. Sonra o, Honkonqa, daha sonra Moskvaya uçmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun