Devlet Bahçeli əsasən kürdlərin təmsil olunduğu HDP partiyasını bağlamağa çağırır

Devlet Bahçeli əsasən kürdlərin təmsil olunduğu HDP partiyasını bağlamağa çağırır
18 Mart 2021
Mətni dəyiş
Türkiyədə əsas siyasi partiyalardan biri olan Milliyyətçi Hərakat Partiyasının rəhbəri Devlet Bahçeli partiya qurultayında çıxışı zamanı əsasən kürd etnik azlığın yaratdığı HDP partiyasının bağlanmasına çağırış edib. Devlet Bahçeli baş prokuror Bekir Şahini HDP-nin bağlanması üçün Konstitusiya Məhkəməsinə müraciət etməyə çağırıb və bunu haqqın, hüququn və ədalətin səsi adlandırıb. Bahçeli çıxışında deyib ki: "HDP bir daha açılmamaq üzrə qapadılmalıdır... Hər hansı bir adla təzədən açılmamaq üzrə qapadılsa bu tarixdə gələcək nəsillərə namus borcumuz olacaq... Heç kim unutmasın ki, biz şəhidlərimizə görə bu davanı aparırıq". MHP lideri HDP-ni terraorla əlaqədar və Türkiyəni milli maraqlarını satan partiya adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun